Səudiyyə Ərəbistanında güclü partlayış olub

Səudiyyə Ərəbistanında güclü partlayış olub
  02 İyun 2017    Oxunub:2301
Səudiyyə Ərəbistanının şərqində, Əl-Katif şəhərinin küçələrindən birində yerləşən “Mayas” bazarında güclü partlayış olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, minalanmış avtomobil partladılıb.

“Əl-Ərəbiyyə” telekanalının hadisə yerindən yaydığı kadrlarda maşının yanan parçaları və burularaq yüksələn qara tüstü sütunu görünür.

Partlayış nəticəsində ölən və yaralıların olması barədə hələlik məlumat yoxdur.

AzVision.az


Teqlər: Ərəbistan   Partlayış  





Xəbər lenti