Ərdoğan ABŞ-a etiraz etdi

Ərdoğan ABŞ-a etiraz etdi
  02 İyun 2017    Oxunub:1475
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Ramazan ayı ilə bağlı tədbirlərin təxirə salınmasına etirazını bildirib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan bu addımın dini ayrıseçkilikdən qaynaqlandığını söyləyib.

“ABŞ-da bu günə qədər bir ənənə var idi. Hər Ramazanda müsəlman səfirlərə iftar verilirdi. Təəssüf ki, bu il iftar mərasimləri ləğv edildi. Bəs deyirdiniz bizdə ayrıseçkilik yoxdur, dini azadlığa qarşı deyilsiniz? Bu elədiyiniz nədir? İndi bizim də Amerikaya qarşı mövqeyimiz dəyişəcək. Biz gördüyümüzə qiymət veririk, sözə yox”-deyə Ərdoğan vurğulayıb.

AzVision.az



Teqlər: Türkiyə   ABŞ   Ərdoğan  





Xəbər lenti