Təyyarədə bomba həyəcanı - Aeroport bağlandı

Təyyarədə bomba həyəcanı - Aeroport bağlandı
  01 İyun 2017    Oxunub:1440
Melburn beynəlxalq aeroportu Malayziya laynerində insident səbəbindən müvəqqəti olaraq bağlanıb. Bu barədə Daili Mirror nəşri məlumat yayıb.
Melburn - Kuala-Lumpur reysini yerinə yetirən Malaysia Airlines aviakompaniyasına məxsus Airbus A330 layneri uçuşdan bir neçə dəqiqə sonra aeroporta qayıdıb. Buna pilotların kabinəsinə soxulmaq istəyən sərnişin səbəb olub. Həmin sərnişin bomba barədə xəbərdarlıq edib və əlində “elektron qurğu” tutub. O, digər sərnişinlər tərəfindən dayandırılıb və təyyarə yerə endikdən sonra həbs edilib.

Aviaşirkət təyyarənin göyərtəsində insident baş verdiyini təsdiqləyib. “Sərnişin pilotların kabinəsinə soxulmağa cəhd göstərib, təyyarə Melburna qayıdıb”, - Malaysia Airlines şirkətinin rəsmi məlumatında belə deyilir.

Avstraliyanın 9news telekanalı Melburnda bütün reyslərin başqa aeroportlara yönəldildiyini təsdiqləyib. (AzərTAc)

AzVision.az


Teqlər: Aeroport  





Xəbər lenti