Ermənistanda yeni nazir təyinatları - Yenilənib

Ermənistanda yeni nazir təyinatları - Yenilənib
  01 İyun 2017    Oxunub:1397
Ermənistanda yeni nazir təyinatları həyata keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, prezident Serj Sarkisyanın sərəncamına əsasən Levon Mkrtçyan Ermənistanın təhsil və elm naziri postuna gətirilib.

Sarkisyanın digər sərəncamı ilə Davit Lokyan ərazi idarəetmə və inkişaf naziri təyin edilib.

Daşnak Artsvik Minasyan isə ətraf mühitin qorunması naziri vəzifəsində təyinat alıb.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti