"Madrid prinsipləri ləğv edilməlidir" - Erməni general

"Madrid prinsipləri ləğv edilməlidir" - Erməni general
  31 May 2017    Oxunub:2303
Ermənistanın keçmiş baş qərargah rəisi (1992-1995-ci illərdə), 1993-cü ildə müdafiə nazirinin vəzifələrini icra edən general-leytenant Norat Ter-Qriqoryants sərsəm bəyanatla çıxış edib.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ter-Qriqoryants hesab edir ki, Madrid prinsipləri ləğv olunmalıdır.

Erməni general müsahibəsində açıq-aşkar Azərbaycan torpaqlarının qaytarılmasına qarşı olduğunu bəyan edib.

"Onlar Madrid prinsipləri ətrafında danışıqlar aparır. Əraziləri qaytarmaq nə deməkdir? Nə qaytarmaq, kim qaytarır? Bu, Rusiya Federasiyasının Azərbaycana ötürdüyü erməni ərazisidir. Həmin müqavilənin ləğv edilməsi üçün Rusiya ilə danışıqlar aparılmalıdır"- erməni general təxribatçı çıxışında deyib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti