Tramp Senatda səsvermə qaydalarından narazıdır

Tramp Senatda səsvermə qaydalarından narazıdır
  31 May 2017    Oxunub:1068
ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində Senatda qanun layihələrinə səsvermə qaydalarını dəyişməyə çağırıb.
Hazırda ABŞ qanunvericiliyinə əsasən, Senatda hər hansı qanun layihəsinin qəbulu üçün 100 senatordan üçdə ikisinin səsi lazımdır. Respublikaçılar isə hazırda Senatda 52 yerə sahibdirlər. Bu səbəbdən hakimiyyətə qanun layihəsini qəbul etmək üçün müxalifətdə olan demokratların da razılığı lazım olur.

Tramp isə problemi həll etmək üçün Senatda sadə səs çoxluğunun tətbiqini tələb edir.

Ağ Evin hazırkı rəhbəri artıq bir neçə dəfə Konqresin reqlamentini tənqid edib. O bildirib ki, sistem həddən artıq bürokratikləşib, Konqresin, xüsusilə də Senatın iş qaydası köhnəlib. (Trend)

AzVision.az


Teqlər: ABŞ   Tramp   Senat  





Xəbər lenti