Merkel Türkiyəni İordaniya ilə dəyişir

Merkel Türkiyəni İordaniya ilə dəyişir
  15 May 2017    Oxunub:2361
İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.
"Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - Merkel vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə rəsmiləri alman deputatların "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Almaniya   Türkiyə  





Xəbər lenti