ABŞ-dan Sarkisyana zərbə: "Səslər pulla alınıb"

ABŞ-dan Sarkisyana zərbə: "Səslər pulla alınıb"
  04 Aprel 2017    Oxunub:2431
ABŞ-ın Ermənistandakı səfirliyi aprelin 2-də keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bəyanatda seçicilərin səslərin pulla alınması və seçicilərə təzyiqlərin edilməsinə dair faktlar qeydə alınıb.

Bu şübhələri aradan qaldırmaq üçün Ermənistan hökumətini, partiyalar və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi müxanizmlərin istifadəsi ilə birgə işləməyə çağırırıq”, - deyə səfirlyiin yaydığı məlumatda bildirilib.

Birləşmiş Ştatlar beynəlxalq və yerli müşahidəçilərin hesabatlarını, həmçinin pozuntular barədə şikayətləri öyrənməyə və analiz etməyə davam edir: “Seçkilərin nəticələri məlum olduğu vaxtda biz tərəfləri – hökuməti, müxalifəti və vətəndaş birliklərini dinc diskusiyalar və müzakirələrdə iştirak etməyi davam etdirməyi çağırırıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Ermənistan   Seçki  





Xəbər lenti