Ermənistan polisinə 540 seçki şikayəti daxil olub

Ermənistan polisinə 540 seçki şikayəti daxil olub
  04 Aprel 2017    Oxunub:1087
Aprelin 9-u saat 09:00-a olan məlumata görə, Ermənistan polisinə ölkədə keçirilən parlament seçkilərində qayda pozuntuları ilə bağlı 540 müraciət daxil olub.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, 6 faktla bağlı cinayət işinin qaldırılmasından imtina edilib, 133 hal araşdırılır, 106 hal üzrə aparılan araşdırmalar zamanı fakt öz təsdiqini tapmayıb, 3 fakt isə Hərbi Polisə göndərilib.

155 hal materialların hazırlanması mərhələsindədir. 137 fakt isə araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Seçki   Saxtakarlıq  





Xəbər lenti