Gədəbəylilər “ASAN Xidmət” üçün təşəkkür etdilər

Gədəbəylilər “ASAN Xidmət” üçün təşəkkür etdilər
  26 Avqust 2013    Oxunub:1441
Beş ictimai birliyin birləşdiyi “Gənclər Koalisiyası” QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planın”da gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması» layihəsinin icrasına başlayib.
Koalisiya ilk görüşünü Gədəbəy rayonunda keçirib. Koalisiyadan verilən məlumata görə, görüşdə çıxış edən layihənin koordinatoru Vüsalə Hüseynli bildirib ki, cənab prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hazırda iki mühüm Proqram tətbiq olunmaqdadır. Bunlardan biri Açıq hökümətin Təşviqinə dair Milli Dövlər Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır: “Hər iki proqram mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bu günki tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, ictimaiyyətin bu və ya digər formada şəffaflığın təmin olunmasında fikri nəzərə alınsın”.

V.Hüseynli qeyd edib ki, prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xalqımıza diqqətinin, qayğısının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər iki dövlət proqramının nəticəsi kimi qəyərləndirilə bilər: “Çünki bu agentlik, dövlət-vətətəndaş cəndaş münasibətləri arasında yeni keyfiyyət kateqoriyasının yaranmasında mühim rol oynadı. Bu agentlik vasitəsi ilə regionlarda “ASAN-Xidmət” Mərkəzləri formalaşmağa bağlamışdır ki bu proses bütün ölkə boyu davam edəcəkdir. Vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə olunmasında, öz hüquqlarını təşkil edilməsində, dövlət qurumları ilə əlaqələrin tənzim olunmasında “ASAN Xidmət” Mərkəzlərinin xidmətlərindən faydalana biləcəklər”.

Görüşdə çıxış edən koalisiya üzvü Mübariz Göyüşl, Şəmkir Resusr və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Poladov da qeyd ediblər ki, bu gün açıq hökumətin təşviqi ilə bağlı layihənin “Gənclər Koalisiyası” tərəfindən icrası, ölkə başçısının gənclərə, vətəndaş cəmiyyəti institutlarına verdiyi diqqətin təzahürüdür və son dövrlər ölkəmizdə şəffaflığın təmini ilə bağlı elektron hökumətin fəaliyyəti qeyd etdiklərimizi bir daha sübut edir.

İctimai müzakirə zamanı çıxış edən Gədəbəy rayon sakinləri də ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təqdirə layiq olduğunu və bunun üçün cənab prezidentə təşəkkür etdiklərini bildirdilər. Rayon sakinləri qeyd etdilər ki, tezliklə bu qurumun Gədəbəy rayonunda da fəaliyyətə başlayacağını səbirsizliklə gözləyirlər.




Teqlər:  





Xəbər lenti