Karlovun qətlinə görə daha bir nəfər tutuldu

Karlovun qətlinə görə daha bir nəfər tutuldu
  16 Fevral 2017    Oxunub:1235
Rusiyanın mərhum səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxsin sui-qəsdçi Mərt Altıntaşla telefon əlaqəsi saxladığı məlum olub.

Adı açıqlanmayan şübhəsi polis idarəsində dindirilib. Onun qətlə əlaqəsinin olub-olmaması araşdırılır. Səfirin qətli ilə əlaqədar daha əvvəl 3 nəfər, o cümlədən iki polis əməkdaşı həbs olunub.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti