Sabah Bakının iki rayonunda su olmayacaq
Məlumatda deyilir ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yeni çəkilmiş 200 mm diametrli su xəttinin 700 mm diametrli magistral xəttə birləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar gün ərzində Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
AzVision.az
Teqlər: