Eynulla Fətullayev: İbrahimbəyov üçün variant yoxdur
Azərbaycan Konstitutsiyasının 100-cü bəndinə əsasən, Azərbaycan Respublikasının yalnız yaşı 35-dən yuxarı olan, ölkədə daimi olaraq azı 10 il yaşamış, seçki hüququ olan, o cümlədən ağır cinayət məsuliyyətinə cəlb edilməyən, digər dövlətlər qarşısında öhdəlikləri, ikili vətəndaşlığı olmayan, ali təhsilli vətəndaşları prezident seçilə bilərlər.
Konstitutsiya məhkəməsi 2003-cü il avqustun 1-də Konstitutsiyanın 100-cü bəndinin açılışı barədə xüsusi qərar qəbul edib. Hələ 10 il əvvəl Konstitutsiya məhkəməsi tərəfindən prezidentliyə namizədlər qarşısında müəyyən edilmiş maneələr bunlardır: 1) İkili vətəndaşlığın olması; 2) Vergi öhdəlikləri; 3) Müəyyən bir müddətdən artıq ölkəni tərk etməyə imkanı olmaması; 4) Siyasi və hüquqi öhdəliklər.
Qeyd edək ki, Rüstəm İbrahimbəyov başqa ölkənin ərazisinə - Amerika Birləşmiş Ştatlarına “green-card” -la (qrin kart) səfər edib. Belə olan halda Rusiya pasportunun və ABŞ qrin-kartının sahibi cənab İbrahimbəyov, sadəcə olaraq, Azərbaycan Konstitutsiyasının 100-cü bəndinə və Konstitutsiya məhkəməsinin 01 avqust 2003-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikasına prezident seçkilərində iştirak edə bilməz.
Tutaq ki, Rusiya prezidenti Vladimir Putin R.İbrahimbəyovu ölkə vətəndaşlığından çıxardı. Bəs görəsən, kinorejissor ABŞ-ın yaşıl kartından necə yaxa qurtara biləcək, buna vaxtı olacaqmı?
Bir anlığa təsəvvür edək ki, məsələyə Barak Obama şəxsən müdaxilə etsin və İbrahimbəyov seçkilərə sayılı günlər qala ABŞ vətəndaşlığından çıxmaq imkanı qazansın. Bəs onda R. İbrajimbəyov Rusya və ABŞ hökuməti qarşısında götürdüyü vergi öhdəliklərini necə ödəyə biləcək?! Hardadır onun 90-cı illərdən qalma mənzili ki, onun puluna Amerika xəzinəsinə 15 illik vergi borcunu qaytara bilsin.
Tərcümə: Səbinə