Gürcüstanda Azərbaycan neftini oğurlayan dəstə tutuldu - (VİDEOXƏBƏR)

Gürcüstanda Azərbaycan neftini oğurlayan dəstə tutuldu - (VİDEOXƏBƏR)
  02 Fevral 2017    Oxunub:4225
Gürcüstanın Şida Kartli polis idarəsinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi xüsusi əməliyyat zamanı beş nəfər saxlanılıb.
AzVision.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, 1976-cı təvəllüdlü L.Ş, 1980-ci il təvəllüdlü M.Q, 1975-ci il təvəllüdlü Z.Q, 1968-ci il təvəllüdlü C,S və 1975-ci il təvəllüdlü Ç.M Azərbaycan neftini oğurlamaqda ittiham edilərək həbs olunub

İstintaq müəyyənləşdirib ki, həbs edilən şəxslər Qoriysk rayonunun Reha kəndində Bakı-Supsa magistral kəmərindən sistematik olaraq neft oğurlayıblar.

Gürcüstan polisi faktla bağlı araşdırmaları davam etdirir.



Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti