MSK Rüstəm İbrahimbəyova “yox” dedi

MSK Rüstəm İbrahimbəyova “yox” dedi
  22 Avqust 2013    Oxunub:963
Xəbər verdiyimiz kimi, Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
MSK -nın sədr müavini Natiq Məmmədov virtualaz.org-a açıqlamasında bildirib ki, R.İbrahimbəyovun sənədlərinə 5 gün müddətində baxılacaq.

N.Məmmədov onu da vurğulayıb ki, Komissiyada müraciətlərin hamısına baxılır, son qərarı isə MSK-nın bütün üzvləri qəbul edirlər: “ Bildiyim qədəri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı problemi var. Azərbaycan Konstitusiyasının 100-cü maddəsində isə açıq və dəqiq yazılıb ki, ikili vətəndaşlığı olan şəxslər seçkilərdə iştirak edə bilməzlər”.


Teqlər:





Xəbər lenti