YAP-dan İbrahimbəyova sərt sual
AzVision.az xəbər verir ki, bu sualla hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyova müraciət edib.
“Bu gün radikal siyasi müxalifətin yaratdığı Milli Şuranın prezidentliyə birinci vahid namizədinin ərizəsi Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Heç bir şübhəm yoxdur ki, MSK bütün namizədlərə olduğu kimi onun da ərizəsinə hüququ baxımdan yanaşacaqdır.
Ancaq siyasətlə məşğul olanlara məlumdur ki, Rüstəm İbrahimbəyov Azərbaycanla yanaşı Rusiyanın da vətəndaşıdır.
Azərbaycan Respublikasının Konstitusiyasının 100-cü maddəsinə əsasən prezidentliyə namizəd ikili vətəndaşlığa malik ola bilməz.
Bildirilir ki, İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq üçün rəsmi surətdə müraciət etmişdir.
Ancaq indiyə qədər bu prosesin həllindən xəbər yoxdur və mümkündür ki, MSK bu səbəbdən onun namizədliyini qeydiyyata almasın.
Sual olunur: əgər MSK Rüstəm İbrahimbəyovun namizədliyi qeydiyyata almasa, o Rusiya vətəndaşlığından çıxma prosesini davam etdirəcək, yoxsa ərizəsini geri götürəcək?”.-deyə millət vəkili qeyd edib.