Sarkisyan hər seçiciyə 100 dollar təklif edir - (VİDEOXƏBƏR)
Nəşr yazır ki, seçkiqabağı dövrdə Ermənistan sakinlərinə çoxsaylı rüşvət təklifləri edilməyə başlanıb.
Xəbərdə bildirilib ki, hakim Ermənistan Respublikaçılar Partiyası seçkidə saxtakarlıqlar etməyə hazırlaşır: “Ötən seçkidə hər seçiciyə 5-10 min dram rüşvət (təqribən 1-2 dollar) təklif edilirdisə, bu il keçiriləcək kampaniyada səsləri almaq üçün seçicilərə 100 dollar məbləğində rüşvət təklif ediləcək”.
Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək.
Eldar Tanriverdiyev
AzVision.az