Rauf Arifoğlu :`Milli Şura təcili buraxılsın`
Rauf Arifoğlu deyib: “Mənim təklifim budur ki, Milli Şura özünü təcili buraxsın, yaratdığı siyasi tıxacı açsın. Milli Şura qaldıqca ənənəvi müxalifət düşərgəsindən kimsə namizədliyini verə bilməyəcək. Demokratik düşərgənin kiçik bir şansı qalıb, bu, lotereya almaq kimi bir şeydir. Lakin Milli Şura qaldıqca bu kiçik şans da əldən çıxacaq.
Milli Şura olmasaydı, Müsavat Partiyası indi öz namizədinin imzalarını da toplayıb bitirmişdi. Lakin indi heç müxalifətin əsas namizədi olan İsa Qəmbərin namizədlik ərizəsi təqdim olunmayıb. Azərbaycanın siyasət tarixində Milli Şura qədər zərərli bir layihə, birlik olmayıb. Bu zərərdən mümkün qədər təcili qurtarmaq lazımdır”. (mediaforum)