Vaşinqtonda Tramp əleyhinə etiraz aksiyası keçirilib - (VİDEOXƏBƏR)

Vaşinqtonda Tramp əleyhinə etiraz aksiyası keçirilib - (VİDEOXƏBƏR)
  30 Yanvar 2017    Oxunub:2679
Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası keçirilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Ağ Evin qarşısında toplaşan minlərlə insan sığınacaq axtaranlarla həmrəylik nümayiş etdiriblər.

Aksiya iştirakçıları Trampın miqrasiya ilə bağlı son fərmanlarının qəbuledilməz olduğunu bildiriblər.

Qeyd edək ki, Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti