Tibb Universitetinə qəbul azaldılıb

Tibb Universitetinə qəbul azaldılıb
  22 Avqust 2013    Oxunub:1564
`Azərbaycan Tibb Universitetinə və orta tibb təhsili müəssisələrinə tələbə qəbulu həkim və orta tibb işçilərinə olan tələbat nəzərə alınaraq universitetə qəbul planı 1150 nəfərdən 950-ə qədər azaldılıb`.
AzVision.az xəbər verir ki, bu sözləri yap.org.az saytına müsahibəsində səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

O, həmçinin bildirib ki, tibb kolleclərinə isə qəbul 2867-dən 1588-ə və ya təxminən 1,8 dəfə endirilib, özəl ali və orta məktəblərində tədris prosesinin müəyyən olunmuş standartlara cavab vermədiyini nəzərə alaraq, bu müəssisələrin tibb fakültələrinə qəbul dayandırılıb.

Səhiyyə naziri onu da qeyd edib ki, respublikada 2011-ci ildə ilk dəfə olaraq həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsi ilə həyata keçirilir:

`Qəbul planına uyğun olaraq 2011-ci ildə 300, 2012-ci ildə isə 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunub. 2011-ci ilin yanvar ayından tibb işçilərinin bütün dünyada qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılıb. Artıq bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçib`.

AzVision.az






Teqlər:





Xəbər lenti