Dini qurumların siyasi oyunları pisləndi
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov prezident seçkilərində dini qurum və təsisatların rolunu şərh edərkən bildirib.
O, vurğulayıb ki, dini icmaların üzvləri də Azərbaycan vətəndaşlarıdır:
`Onlar cəmiyyətin inteqral hissəsidir. Onları ayırmaq, marginallaşdırmaq, bölmək, cəmiyyətlə onlar arasında uçurum yaratmaq ümumiyyətlə qəbulolunan deyil. Əfsuslar ki, bəzi destruktiv qüvvələr tərəfindən belə addımlar atılır`.