`Milli Şura seytnot vəziyyətdədir`

`Milli Şura seytnot vəziyyətdədir`
  22 Avqust 2013    Oxunub:1106
“Yaranmış vəziyyətin səbəblərini bütövlükdə Milli Şuranın üzvlərinin hamısında axtarmaq lazımdır” .

Bu sözləri Yeni Müsavata açıqlamasında Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev deyib. O, bildirib ki,Milli Şuranın hər bir üzvü indi yaranmış vəziyyətə görə siyasi məsuliyyət daşıyır :

"Ancaq bu qurumun daxilində hansı proseslərin getdiyi hələlik tam aydın deyil. Yaxın bir neçə gün ərzində vəziyyət aydınlaşacaq. Və onda bütün bunlara görə konkret kimlərin günahkar olduqları ortaya çıxmış olacaq.Hər kəs nə baş verdiyindən, bütün bunların arxasında hansı proseslərin dayandığından xəbər tutacaq. Belə situasiyadasa, proseslərin qarşılıqlı ittihamlar müstəvisinə keçə biləcəyi istisna deyil. Hələliksə Milli Şura üçün seytnot vəziyyətinin yarandığını söyləmək mümkündür”.



Teqlər:  





Xəbər lenti