Moldova Ombudsmanı ATXƏM-lə əməkdaşlıq edəcək

Moldova Ombudsmanı ATXƏM-lə əməkdaşlıq edəcək
  22 Avqust 2013    Oxunub:1139
Moldova Ombudsmanı Aureliya Qriqoriu ATXƏM sədrinə cavab məktubu məktub yazıb
Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Moldova Ombudsmanı Aureliya Qriqoriuya məktubla müraciət etmişdi. ATXƏM sədri məktubda Ombudsmanın Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə təşəkkür etmiş, xanım A.Qriqoriuya əməkdaşlıq təklif etmişdi.

Moldova Ombudsmanı xanım Aureliya Qriqoriu ATXƏM sədrinin məktubuna cavab olaraq, təşkilatla hərtərəfli əməkdaşlığa hazır olduğunu bildirib.

Məktubda deyilir:

Hörmətli cənab İlham İsmayılov!

“Böyük maraqla Sizin məktubunuz və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin fəaliyyəti ilə tanış oldum. Sizin Xocalı soyqırımının tanınmasında göstərdiyiniz səylərinizi tamamilə bölüşürəm. Mən Yerevanda öz çıxışımda bu faktı gələcəkdə insan hüquqlarının pozulmasına yol verilməməsi nöqteyi-nəzərindən qeyd etmişəm. Siz haqlısız, Avropada fəaliyyət göstərən bir çox təşkilatlar Dağlıq Qarabağda baş vermiş hadisələrdən xəbərsizdirlər. Bu hadisələrdən xəbərdar olanlar da bu mövzudan yayınmağa çalışırlar. Şəxsən mənə söylədilər ki, mənim bu məsələni qaldırmağa ixtiyarım yoxdur. Lakin, mən hesab edirəm ki, yalnız Xocalı hadisələrinin tam dəhşətini dərk edərək, bəşəriyyət insan hüquqlarının qorunmasına və demokratik dəyərlərə nail olumnasına qarşı addım atmış olur.

Böyük məmnuniyyətlə Sizin təşkilatla əməkdaşlıq etməyə hazıram”


Teqlər:  





Xəbər lenti