Azərbaycan prezidenti yeni həmkarını təbrik etdi

Azərbaycan prezidenti yeni həmkarını təbrik etdi
  22 Avqust 2013    Oxunub:962
İlham Əliyev Mali Respublikasının yeni prezidentinə təbrik məktubu ünvanlayıb
Azərbaycan prezidenti İlham Əliyev Mali Respublikasının prezidenti seçilməsi münasibəti ilə İbrahim Bubakar Keytanı təbrik edib. Dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab Keyta, Mali Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına və genişlənməsinə nail olacağıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Mali xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

AzVision.az


Teqlər:





Xəbər lenti