Müxalifət uğursuzluğunu etiraf etdi
A.Hacılı qeyd edib ki, əslində yaranmış vəziyyəti "vaxt keçir kimi yox, vaxt artıq keçib" kimi də dəyərləndirmək olar:
"Çünki artıq seçki kampaniyasının başlanmasından 11 gün keçib, amma biz hələ də namizəd məsələsi ilə əlaqədar yaranmış böhrandan çıxa bilməmişik. Hesab edirəm ki, bir neçə gün ərzində bu sualların hamısına cavab tapılacaq.
Yəqin ki, çıxış yolları aranacaq və Milli Şuranın bu gün düşdüyü böhrandan çıxması üçün bir sıra təklifləri var və bu təkliflər hazırda müzakirə olunur".
Lakin A.Hacılı qeyd edib ki, bu müzakirələrin nəticəsiz başa çatacağı halda Müsavat Partiyası müstəqil hərəkət edəcək: "Təbii ki, biz Milli Şuradakı qüvvələri seçkilərdə bu və ya digər şəkildə iştiraka razı sala bilməsək, onda müstəqil qərarlarımızı qəbul etmək üçün müzakirələrə başlamalı olacağıq".(TREND)
Teqlər: