`Milli Şuranın toplanması imitasiyadan başqa bir şey deyil`

`Milli Şuranın toplanması imitasiyadan başqa bir şey deyil`
  21 Avqust 2013    Oxunub:1276
Milli Şuranın son iclasını hakim Yeni Azərbaycan Partiyası istehza ilə qarşılayıb. Partiyanın təmsilçisi Bahar Muradova bu qurumun da müxalifətin əvvəlki təşkilatlarının aqibətini yaşayacağını bildirib.

“Onların nə qədər toplantı keçirməsi, hansı məsələləri müzakirə etməsi, kimlərin üzərində dayanması Azərbaycandakı ictimai-siyasi duruma təsir göstərmir. Onların qəbul etdiyi qərarlar onların siyasətlə məşğul olmaqlarını imitasiya etməsindən başqa bir şey deyil” – deyə YAP-ın təmsilçisi Bahar Muradova bildirib.

Milli Şurada vahid namizəd məsələsi ətrafında yaranan qalmaqallar və fikir ayrılıqları ictimai həyatda fəal iştirak edən digər insanların da fikrini dəyişib. Baş verənlər Milli Şuranın ciddiliyini şübhə altına qoyub.

Seçkiyə 50 gündən az bir vaxt qalmasına baxmayaraq hələ də Milli Şurada vahid namizəd yoxdur. Halbuki adi bir parlament seçkisində namizədlər daha əvvəldən seçkiyə hazırlanır. Ehtiyat vahid namizəd daha bir qeyri-müəyyənlikdir. Düşünürəm ki, bununla bağlı da müzakirələr bir neçə gün çəkəcək, müxalifət düşərgəsində fikir ayrılıqları yaranacaq” – deyə gənc fəal Bəxtiyar Hacıyev qeyd edib.

YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Milli Şuranın avqustun 19-da keçirdiyi sessiyanın nəticələrini şərh edərkən onu imitasiya adlandırıb.(ans)



Teqlər:  





Xəbər lenti