Rəsul Quliyevin pulunu Eldar Namazov verib
AzVision.az-a açıqlama verən partiya sədri bildirib ki, partiyanın yerləşdiyi qərargahın icarə haqqının ödənməsində heç bir problem yoxdur: “Hazırda mən özüm partiyanın qərargahındayam. İcarə haqqının ödənməsi ilə bağlı heç bir problem yoxdur. Bu pul əvvəlcədən ödənilir”.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası yerləşdiyi qərargahdan çıxarıldığı iddia edilir. Buna səbəb icarə pulunun ödənməməsi göstərilir.
Məlumatda o da bildirilir ki, mülkün icarəsinə görə son 2 ayın pulunu Eldar Namazov verib.
Fatimə KƏRİMLİ