Arif Hacılı:`Dalana dirənmişik`

Arif Hacılı:`Dalana dirənmişik`
  20 Avqust 2013    Oxunub:1130
Seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş, siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər, Milli Şura üzvü ola bildi.
Arif Hacılı Milli Şuranın düşdüyü durumdan yazıb.

Etiraf etməliyik: dalana dirənmişik.

Belə şəraitdə operativ müzakirələr aparıb, çevik qərarlar qəbul edə bilmirik. Çünki "Vatikan sistemi ilə qərarlar qəbul etmək lazımdır" deyənlər "kardinallar" müəyyənləşərkən prinsipsizliyə yol verdilər. Bunun nəticəsində istənilən halda seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş, siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər, Milli Şura üzvü ola bildi.

Milli Şura dərhal yenidən toplanmalıdır. Biz reytinq səsverməsində üstünlük qazanmış qərarın ,intellektuallardan birinin yeni vahid namizəd kimi seçilməsinə bir daha cəhd etməliyik. Bu baş tutmasa yenidən Rüstəm İbrahimbəyovun məktubu əsasında hazırlanmış memaranduma qayıtmalıyıq: yəni seçkinin bu mərhələsində seçkidə iştirak edən namizədlərə dəstək verib əsas namizədi sonrakı mərhələdə müəyyənləşdirməliyik.

Milli Şurada şərti olaraq 4 siyasi qüvvə kimi təqdim olunanları (ACP,EL,ALP,KXCP), ikinci variaanta isə AXCP- ni razı sala biməsək nə olacaq? (Yeni Müsavat)




Teqlər:  





Xəbər lenti