22 yaşlı ana doğuş zamanı öldü - Video

22 yaşlı ana doğuş zamanı öldü - Video
  12 Dekabr 2016    Oxunub:2547
Gəncədə ana doğuş zamanı ölüb.
AzVision.az ARB TV -yə istinadən xəbər verir ki, hadisə Gəncə Şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının doğum şöbəsində baş verib.

Şəhər sakini, 22 yaşlı Səbinə Abdullayeva hamiləliyinin 38-ci həftəsində xəstəxanaya gətirilib. İlk övladını dünyaya gətirən gənc qadın qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, ana ölsə də qız övladı sağdır.

Fakt araşdırılır.



AzVision.az


Teqlər:





Xəbər lenti