Bir gündə 4 nəfər dəm qazından ölüb

Bir gündə 4 nəfər dəm qazından ölüb
  05 Dekabr 2016    Oxunub:1311
Azərbaycanda bir gündə 4 nəfər dəm qazının qurbanı olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti