Prezident indoneziyalı həmkarını təbrik edib
"İndoneziya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycanla İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
Dövlət başçısı İndoneziya Prezidentinə bu əlamətdar gündə möhkəm cansağlığı, işlərində uğurlar, dost İndoneziya xalqına sülh və rifah dilədiyini ifadə edib.
AzVision.az