`ANS-də dedilər ki, guya mən psixəm` - Tanınmış aktyorun oğlu

`ANS-də dedilər ki, guya mən psixəm` - Tanınmış aktyorun oğlu
  01 Noyabr 2016    Oxunub:36991
“Azərpaşa Nemətovdan xahiş etdim, mənə iş vermədi. Arxamca danışdı…”
Azərbaycanın görkəmli aktyoru, Əməkdar artist Səməndər Rzayevin oğlu aktyor Rəşid Səməndər AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub. O, illərlə işsiz qalmasından, şəxsi həyatından, problemlərindən söz açıb.

-Rəşid bəy necəsiniz? Bir vaxtlar səhhətinizdə problemlər vardı, ind özünüzü necə hissə edirsiniz?

- Yaxşıyam, ciddi problemim yoxdur. Problemlər geridə qalıb, həyatımda hər şey qaydasındadır. Təəssüf ki, haqqımda xoşagəlməyən ifadələr işlədirdilər. Bir neçə il bundan öncə ANS telekanalında yayımlanan verilişdə deyrdilər ki, guya mən xəstəyəm, psixi problemlərim var. Bütün bu söz-söhbətlər əsəblərimə pis təsir göstərdi. Sinirlərim pozulmuşdu. Bir müddət əsəblərimə görə müalicə aldım. Kim nə danışır, danışsın. Artıq bunlara əhəmiyyət vermirəm. İnd şükürlər olsun ki, əsəblərim qaydasındadır. İşləmək, yaradıcılığımı bərpa etmək üçün həm enerjim, həm də məkanım var.

-Hazırda işləyirsinizmi?

-Şükürlər olsun ki, işsiz deyiləm. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyirəm. Bir ay olar ki, işə düzəlmişəm. Teatrın direktoruna müraciət etdim, sağ olsun, məni işə qəbul etdi. Eyni zamanda AZTV–də “Bulaq" verlişi üçün çalışıram, arada kadrarxası mətnləri səsləndirirəm.

-4 il işsiz qaldınız, yaradıcılığınızı bərpa etmək, yenidən sənətə dönmək sizə çətin olmadı ki?

-Əlbəttə, 4 ildən sonra iş tapmaq, rol almaq, oynamaq adama bir az qəribə gəlir. Görün, neçə vaxt sənətimə fasilə verdim. İndi həm səhhətimdən, həm də sənətimdən razıyam.

-Hansı rol üzərində çalışırsınız?

-Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsərini tamaşaya qoymuşuq. Orada “Rəşid” obrazını oynayıram. Kollektiv çox yaxşıdır, gənc, mehribandırlar, bir-birimizi başa düşürük.

-Teatrdakı maaşınızdan razısnızmı?

-İndi maddi durumum babatdır. Buna da şükür. Başqa nə edə bilərəm ki?!

-Keçmiş iş yerinizə - “Azdrama”ya qayıtmaq istərdiniz?

- Teatrın baş rejissoru və bədii-rəhbəri Azərpaşa Nemətova müraciət etmişdim. Ondan xahiş etdim ki, mənə iş versin. O, teatrda boş yerin olmadığını dedi. Heç nə demədim, çıxıb getdim. Sonra eşitdim,deyib ki, Rəşid xəstədir,ona görə də işə götürə bilmərəm. Bir sözlə, məni teatra qəbul etmədilər.

-Bildiyimizə görə, siz hələ də subaysınız.

-Bəli, subayam. Hər şey zamanla yoluna qoyulacaq. Qismət olsa, ailə həyatı quracağam.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:  





Xəbər lenti