Əlbəttə, bu, hər şeydən qabaq, bir zarafatdır. Yəqin ki, əslində heç kim heç kimi öldürmək istəmir, çünki əks halda bu qədər potensial qatilin arasında yaşamaq çətin olardı.
Biz AzVision.az-da qərara gəldik ki, bu zarafatı bir az daha maraqlı edək. Necə? Çox sadə: Maraqlıdır, bəzi adamlar həmin testdən keçsələr, hansı cavab çıxardı? Yaxud, hansı cavabın çıxması kənardan baxanlara daha ləzzətli gələrdi?
Yəqin ki, məsələn, Əli Kərimlinin səhifəsində biz mütləq Niyaməddi Orduxanlını görərdik:

Fətullah Gülən isə jurnalist, `Terrorun Gülən üzü` kitabının müəllifi Aqil Ələsgəri görüncə, testin nəticəsini paylaşıb, belə yazardı:

Hafiz Hacıyev güman ki, nəticəni belə bir komment ilə bölüşərdi:

Əgər Şah İsmayıl Xətai sağ olsaydı və feysbukdan istifadə etsəydi, onda:

Xədicə İsmayıl ilə Emin Hüseynovun davası, güman ki, psixoloji testdə də davam edərdi:

Siyavuş Novruzov Feysbuk-da yoxdur. Amma olsaydı və testdən keçsəydi, güman ki, bu nəticəyə Milli Şuranı lağa qoymağın əlavə imkanı kimi yanaşardı:

Flora xanımın səhifəsində isə sonun söz duellərindən sonra belə bir nəticəni görmək maraqlı olardı:

AzVision.az