“CinemaPlus”-dan Gəncə sakinləri üçün “Əli və Nino” filminə hədiyyə bilet - VİDEO

“CinemaPlus”-dan Gəncə sakinləri üçün “Əli və Nino” filminə hədiyyə bilet - VİDEO
  11 Oktyabr 2016    Oxunub:2745
Premium kinoteatr “CinemaPlus” Khamsa Gəncə şəhərində, əsas çəkilişləri Gəncədə körpüdə çəkilmiş, gözlənilən “Əli və Nino” filminə hədiyyə bilet aksiyası keçirir.
AzVision.az film Azərbaycan dilində nümayiş olunacaq.

Aksiya haqqında məlumat: Aksiya noyabr ayının 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir. Hədiyyə biletlərdən aşağıda qeyd olunan tamaşaçılar yararlana biləcəklər:

1. Dövlət qulluqçular (müəllimlər, həkimlər və s.) və hərbçilər

2. Tələbələr - təsdiq üçün tələbə bileti ilə birgə

3. Tamaşaçılar 50 yaşdan yuxarı

4. Məhdud fiziki imkanlı insanlar

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.

Qurban Səidin eyni adlı romanı - dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilmişdir. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılmışdır.

Filmdə çəkiliblər: Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar.
“CinemaPlus” hər zaman sizlərə xoş hisslər bəxş etmək və kinomatoqrafiyada çəkiləcək ən son premyeralar ilə sevindirməyə hazırdır!






Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti