Zorlanan məhrəmlik – ARAŞDIRMA

Zorlanan məhrəmlik – ARAŞDIRMA
  06 Avqust 2013    Oxunub:4192
Son zamanlar mediada izlədiyimiz tükürpədici hadisələrdən biri də az yaşlı qızların öz ailə üzvləri, doğmaları tərəfindən zorlanma faktlarıdır. Adətən məhrəm sayılan atanın, qardaşın, əminin və dayının öz qızlarına, bacılarına qarşı bu cür cinsi zorakılığı etməsi insanlar tərfindən sərt reaksiya ilə qarşılanır. Amma buna baxamayaraq bu cür hadisələr haqqında getdicə daha çox eşidirik.
AzVision.az kişilərin öz dogmalarına olan bu hisslərinin, həvəslərinin səbəbini öyrənmək məqəsdilə kiçik araşdırma aparıb.

Psixoloq Elnur Rüstəmov bildirib ki, öz doğmalarına qarşı zorakılıqların kökündə uşaq vaxtı yaşanmış psixoloji travma durur:
- Yaxın qohumlar arsında intim münasibət, cinsi əlaqənin olması tarixən olub. Sadəcə bu gün əvvəlki dönəmlərlə müqayisə də bu hallara daha çox rast gəlinir. Bunu edən insanların konkret psixoloji travmaları var. Yəni onlar yaxın qohumlarla intim əlaqəyə girməyə meyilli olurlar. Qız övladları, anaları, bacıları həmin insanları ehtiraslandırır. Ona görə də onlara qarşı hansısa hislər yaranır.

Psixoloq deyir ki, əslində bu cür kişilər cinsi zəiflikdən əziyyət çəkən insanlardır. Onları normal münasibət ehtirasalandırmır: “Doğmalarına qarşı zorakılıq edən kişilərdə intim fantaziyalar və intim tələbatın ödənilməsi sərhəd tanımır. Bu cür halları əsas götürüb deyirəm ki, əgər bir fərd bioloji təlabatlarının ödənilməsi prosesində hansısa bir narahatçılıq hiss edərsə, vaxtında üzərinə düşməlidir. Çünki fantaziyalar sərhəd tanımır. Və hər bir insan bəlli bir yaşa qədər bir həyat yaşayır. O həytada ola bilər ki, bir insana qarşı təcavüz olunub, ailəsində xoşagəlməz proses baş verib. Məsələn, bacısı və ya anasının kiminləsə münasibəti olub. Sadəcə o zaman həmin şəxs hansısa tədbir görmək iqtidarında olmayıb, indi bəlli bir müddət keçib, tədbir görmək iqtidarındadır. Amma həmin problem aktual deyil. Uşaqlıqdakı problem onun şüraltında çözülmədiyinə görə, başqa bir problemə köçürülməyə başlayır”.

Başqa bir misal: tutaq ki hər hansı bir qız qız oğlan tərfindən atılır (və ya əksinə). Bundan sonra atılmış insanın bəlli bir dönəmdə həyatına 5-10 insan girib-çıxır,amma münasibəti sona kimi apara bilmir. “Çünki tamamlanmamış situasiyanı, beynində cavabsız qalan sualı kimisə istəyib, sonradan onu atmaqla tamamlamağa çalışır. Düzdür, həmin şəxs də istəyir xöşbəxt olsun. Ancaq ola bilmir. Münasibətin yaxşı olduğu bir dönəmdə öncəki münasibət ona təsir göstərir və cari münasibət pozulmağa başlayır. Manyak hansısa travmatik olaydan sonra manyak olur . O, doğulanda manyak deyildi. Aldığı travmatik olay, psxoloji travma sonda insanı manyaka çeviriri . Onlar konkret şəkildə müalicəyə ehtiyacı olan insanlardır”,- deyir psixoloq.

Belə xəstələr təkcə özləri zorakılıq etməklə kifayətlənmirlər. Bəzən isə düşünürlər ki, kimsə onların yaxınlarıma təcavüz etmək fikrinə düşüb. Nəticədə onun ətrafı, ailəsi ilə münasibəti pozula bilər. Yenə də məsələnin kökündə travamalar durur.


“Keçən əsrin ortalarında bir alman psixiatrı yazırdı ki, bir müddət sonra insanlar intim haqqında danışmağı intimlə məşqul olmaqdan üstün tutacaqlar. Bu, günümüzün reallığıdır. İnsanlar intimdən danışmağı, pornoya baxamağı onu həyta keçirməkdən üstün tuturlar. Bu, düşüncənin transformasiyasıdır. Mən düşünürəm ki, cəmiyyətdə cinsi maariflənmə aparılmalıdır”,- deyə Elnur Rüstəmov vurğulaayır.

Həkim, uroloq-androloq Elnur Məmmədli isə problemin kökündə cinsi instinktlərin durduğunu deyir. Yaxın qohumlar, yəni bir ailə üzvləri (qardaş, bacı, ata...) arasında olan cinsi əlaqə elmdə insest (lat.- İNCESTUS ) adlanır. Təbabətdə bu hal yolverilməzdir, çünki nəticədə genetik xəstə uşaqlar doğulur. Məsələ ondadır ki, hər bir insanda instinktlər var: özünüqoruma instinkti, qidalanma instinkti, cinsi instinkt və s. “Məhz qaldırdığınız problemin kökündə də, mənim fikrimə görə, cinsi instinkt durur. Əlbəttə, insanın psixolojı durumunun da böyük rolu var. Yalnız psixi xəstə insanlar cinsi instinktdən dolayı bu cinayəti törədirlər. İnsanı heyvandan ayıran şüürdur. Heyvanlarda bu anlayış olmadığı üçün, bir ailə üzvləri arasında cinsi əlaqələr mövcud olur”,- deyə həkim qeyd edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti