Peterburq davası toyla bitdi
Qız onu qaçıran oğlanla ailə qurur
Barışıq barədə qərar ağsaqqalların iştirakı ilə əldə olunub. Azərbaycan diasporundan verilən məlumata görə, qızla ailə qurmaq istəyən digər gəncin heç bir etirazı yoxdur. Tərəflər barışıb. Münaqişəyə son qoyulub.
Ötən gün münaqişənin həll olunması üçün Azərbaycanın Şəmkir rayonundan bir qrup ağsaqqal Sankt-Peterburqa gedib. Barışığa diaspor və ictimai təşkilat nümayəndələrindən ibarət təxminən 300 adam şahidlik edib. Toplantı Neva prospektindəki “Korintiya” hotelinin zallarından birində keçirilib.