Jurnalistlər buna görə öldürülürlər

Jurnalistlər buna görə öldürülürlər
  23 Fevral 2013    Oxunub:1637
“Hər bir jurnalist qətli – xəbərlərsiz gündür”
BMT-nin baş katibi Pan Gi Mun “Xəbərlərsiz gün” kampaniyası elan edib. Kampaniyanın əsas məqsədi jurnalistlərin təhlükəsizliyini təmin etmkdir. dünya mətbuatına əsasən, baş katib bununla diqqəti diqqəti həbs edilən, təqibə məruz qalan, qorxudulan jurnalistlərə cəlb etmək istəyib.

Onun sözlərinə görə, hər həftə bir jurnalist öldürülür. Ölümlərinə səsəb isə sadəcə öz işini yerinə yetirməkləridir. Hər 10 ölümdən 9-unda isə səbəbkarlar cəzasız qalırlar. Pan Gi Mun bildirir ki, hər bir qətl – xəbərlərsiz gündür.

Katib qeyd edib ki, son 10 ildə öz vəzifə borcunu yerinə yetirən 600-dən çox jurnalist qətlə yetirilib. Ötən il 121 jurnalist öldürülüb ki, bu qətllərin üçdə biri Suriyada gerçəkləşib.


Teqlər:





Xəbər lenti