Baş nazir istefa verəcəkmi?

Baş nazir istefa verəcəkmi?
  16 İyul 2013    Oxunub:1097
İspanlar indi də Mariano Raxoyun istefasını tələb edirlər
İqtidar partiyasının xəzinədarının həbsindən sonra ispanlar indi də baş nazirin istefasını tələb edirlər. Lakin baş nazir Mariano Raxoy 2 ildir əyləşdiyi kürsüdən belə asanlıqla durmaq istəmir.

Korrupsiya qalmaqalında adı gündəmə gələn İspaniya lideri Mariano Raxoy istefa vermək fikrində olmadığını bəyan edib. Bundan əvvəl müxalifətdən olan Sosialist - Fəhlə Partiyası onun qalmaqalla bağlı hakimiyyətdən getməsini tələb edib. Mətbuatda Raxoyla xalq partiyasinin xəzinədarı arasında sms yazışmanın dərcindən sonra, partiyanın lideri baş nazirin hərəkətlərinin “Xalqın adına ləkə” olduğunu bildirmişdi.

İspaniya baş naziri Mariano Raxoy: “SMS məktubların bu günki dərci əksinə olaraq mənim artıq demiş olduqlarımı təsdiq edir. Bu o deməkdir ki, qanunun aliliyini tanıyan konstitusiyaya əsaslanan dövlət şantaja gedə bilməz. Dövlət qurumları, ədliyyə orqanları, polis, vergi xidməti bunlar hamısı müstəqil şəkildə fəaliyyəti davam etdirir”.

Qalmaqal El Mundo qəzetinin onun korrupsiyada ittiham olunan hakim partiyanın keçmiş rəhbər nümayəndələri ilə əlbir olmasını yazdıqdan sonra meydana gəlib. Qəzetin bazar ertəsi dərc etdiyi sms yazışma məhz Barsenasin həbs olunduğu ərəfələrə təsadüf edir və məktublarda Raxoy vəziyyətin çətin olmasına baxmayaraq, sakit qalmağı tapşırır: “Luis heç nə asan başa gəlmir. Ancaq biz əlimizdən gələni edirik”,- deyə mesajların birində deyilir.

Qeyd edək ki, partiyanın keçmiş xəzinədarı Luis Barsenas hazırda həbsdədir. O, rüşvət alma və vergidən yayınmaqda ittiham olunur.


Teqlər:





Xəbər lenti