Xocalı qurbanları rəsmiləşdirələcək

Xocalı qurbanları rəsmiləşdirələcək
  22 Fevral 2013    Oxunub:1455
“Xocalı soyqırımı abidəsinin ziyarət olunması protokollara salınsın”
Milli Məclisin bugünkü iclasında Xocalı soyqırımı qurbanlarının abidəsinin rəsmi protokola salınması təklif edilib. Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elman Məmmədov çıxış edib. APA-nın xəbərinə görə, o qeyd edib ki, Xocalı soyqırımı dünyada tanınmaqda davam edir: “ABŞ-ın 6 ştatında Xocalı faciəsi soyqırımı kimi qəbul edilib. Azərbaycana xaricdən çoxlu nümayəndə heyəti gəlir. Təklif edərdim ki, Xocalı soyqırımı abidəsinin ziyarət olunması protokollara salınsın. Bu abidə artıq ziyarətgaha çevrilməlidir”.

Spiker Oqtay Əsədov isə dünya ölkələrində Xocalı soyqırımının tanınması prosesinin davam etdiyini söyləyib: “Bu proseslər başa çatandan sonra Xocalı abidəsinin protokollara salınması məsələsinə baxılacaq”.


Teqlər:





Xəbər lenti