Obama narahatdır

Obama narahatdır
  15 İyul 2013    Oxunub:1193
ABŞ prezidenti Barak Obama, məhkəmənin Corc Zimmermanın azadlığa buraxılması haqqında qərarının ölkədə böyük narahatlıq doğuracağını duyaraq, ABŞ əhalisinə çağırış edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, 17 yaşlı Martinin ölümünü ölkənin faciəsi kimi qiymətləndirən Obama, ABŞ-ın hüquqi dövlət olduğunu xatırladaraq ölkədə sabitliyin qorunması üçün vətəndaşlara xəbərdarlıq edib.

Obama vurğulayıb ki, Amerika hüquqi dövlətdir və ölkədə hər hansı qarşıdurma yarada biləcək hadisələrin baş verəcəyindən narahatıq.

“Əlbəttə ki, ölən gəncimizin valideynlərinin ağrı-acısını içərimizdə yaşayırıq. Bu təkcə bir ailənin deyil, bütün ölkənin faciəsidir. Amma, bu hadisənin ölkəqə hər hansı qarşıdurmalara yol açacaq hərəkətlərə gətirib çıxarmamalıdır. Biz ABŞ-da sabitliyi qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, cari ilin fevral ayında Orlando şəhəri yaxınlığındakı Sanford qəsəbəsi yaxınlığında 17 yaşlı Martin günahı olmadığı təqdirdə Corc Zimmerman adlı bir nəfər tərəfindən odlu silahla qətlə yetirib.

Onu da qeyd edək ki, artıq ölkənin müxtəlif şəhərlərində irqçiliyə qarşı etiraz aksiyaları keçirilməyə başlayıb. Vaçinqton, Los Anceles, Çikaqo, Nyu-York və Sakramento şəhərlərində aksiyalar dinc şəkildə baş tutsa da, Kaliforniya ştatının Oakland şəhərində qarşıdurmalar olub. 200-ə yaxı aksiyaçı polis maşınına zərər vurub və bəzi yerləri yandırıb.

Mirvari


Teqlər:  





Xəbər lenti