Bulvarda Novruz şənliyi - Bu il fərqli olacaq
Qurum rəsmisi bildirib ki, bu il keçiriləcək bayram şənliyi əvvəlkilərdən fərqli olacaq.
“Mart ayının 19-da səhər saatlarından başlayan bayram konserti axşam saatlarına kimi davam edəcək. Bayramın əsas təşkilatçısı Mədəniyyət və Turizim Nazirliyidir. Bununla bağlı nazirlikdə Təşkilat Komitəsi yaradılıb. Komitəyə Ədalət Vəliyev rəhbərlik edir”.
N.Məcidovun sözlərinə görə, “Formula -1” yarışları ilə əlaqədar konsertin proqramına dəyişiklik edilə bilər.
“Bulvar İdarəsi konsertin təşkil olunmasına köməklik edəcək. Yəni, xüsusi avadanlıqların gətirilməsinə, avtomobillərin, konsert üçün nəzərdə tutulan bəzi əşyaların hazırlanmasına köməklik edəcəyik. Amma konsert proqramında nələr olacaq, hələ ki, bilmirik. Məsələn, keçən il Novruz şənliyi təşkil olunanda Avropa Oyunları ilə bağlı maraqlı proqram təşkil olunmuşdu. Qarşıdan “Formula 1” yarışları gəlir. Ola bilər ki, bu dəfə yarışlara uyğun proqram təşkil olunsun”, -deyə N.Məcidov bildirib.
Qurum rəsmisi bayram hazırlığı ilə əlaqədar Bulvarda lazımı işlərin görüldüyünü deyib.
Gültəkin Ələsgər
AzVision.az