Ermənipərəst “Regnum” təxribata əl atdı
“Баку «взорвал» метро в Москве: кто выдумал и изобразил теракт в России?” adlı yazıda “Regnum” agentliyi bu xəbəri informasiya mahiyyətindən uzaqlaşdırmağa cəhd edərək, əsl motivini Azərbaycanla Rusiyanın qardaşlıq əlaqələrinə kölgə salmaq niyyətini güdüb.
“Daimi erməni terrorundan əziyyət çəkən xalq kimi bu xəbərin düz olmadığına və dost Rusiya xalqının itkilərlə üzləşmədiyinə görə sevindik. Amma ermənilərin idarə etdiyi “Regnum” agentliyinin əsl niyyətinin elə ATV ilə bağlı yaydığı xəbərdə də görmək mümkündür” -deyə ATV-nin yaydığı məlumatda qeyd edilib