İtaliya prezidenti ”getmirəm” dedi

İtaliya prezidenti ”getmirəm” dedi
  22 Fevral 2013    Oxunub:1602
İtaliyanın prezidenti Corcio Napolitano rəsmi olaraq, təsdiqləyib ki, o, növbəti dəfə seçkilərdə iştirak etməyəcək. RİA Novostinin yaydığı xəbərə görə, Napolitano bunun səbəblərini çoxdan ictimaiyyətə açıqlayıb.
Napolitanonun rəsmi bəyanatına baxmayaraq, hələ də bəzi siyasətçilər hesab edirlər ki, 87 yaşlı prezidentin ikinci dəfə dövlət başçısı postuna seçilməsi məqsədəuyğundur. Həmin siyasətçilərin sırasında çərşənbə günü mövqeyini açıqlamış İtaliyanın baş naziri Mario Monti və Milli parlamentin deputatlar Palatasının sədri Canfranko Fini var.
"Lakin Napolitano onun fəaliyyətini yüksək qiymətləndirmiş hər bir kəsə təşəkkürünü bildirib və xatırladıb ki, yeni prezident formalaşacaq parlamentin və italyan əlalətlərinin nümayəndələrinin birgə iclasında seçilməlidir. Amma hələ ki, ali dövlət postuna namizədlər məsələsində vəziyyət dəyişməz olaraq qalır" - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Napolitano İtaliyanın 11-ci prezidentidir. Onun yeddi illik müddəti may ayına başa çatacaq. Konstitusiyaya görə, prezidentin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış deputatlar palatasının sədri parlamentin palatalarının və İtaliyanın bütün əyalətlərinin nümayəndələrinin iclasını çağırmalı və yeni dövlət başçısı seçilməlidir.
İtaliyanın yeni parlamenti isə ümumi seçkilərin nəticələrinə əsasən, fevralın 24-25 tarixlərində formalaşacaq.


Teqlər:





Xəbər lenti