Xocalıdan olan uşaqlar müayinədən keçəcək

Xocalıdan olan uşaqlar müayinədən keçəcək
  22 Fevral 2016    Oxunub:2096
Xocalı soyqırımı ərəfəsində Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Uşaq Stomatoloji poliklinikasının mütəxəssisləri Xocalıdan olan uşaqları, imkansız, habelə valideyn himayəsindən məhrum olmuş, uşaq evlərində məskunlaşan bir qrup azyaşlının müayinə və müalicəsini icra edəcək.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində 23.02.2016-cı il tarixində poliklinikanın yüksək ixtisaslı həkimləri tərəfindən 30-dan artıq aztəminatlı uşağın işlərinin, ağız boşluğunun və müxtəlif damaq xəstəliklərinin müayinəsi, ehtiyacı olan dişlərin çəkilməsi və müalicəsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti