Xəzərdə iki meyit tapılıb

Xəzərdə iki meyit tapılıb
  22 Fevral 2016    Oxunub:2264
Daxili İşlər Nazirliyi Bakıda və Neftçalada dənizdən tapılan meyitlərlə bağlı məlumat yayıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də Neftçala rayonunun Qoltuq kəndində, dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb. Meyit Pataloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.

Eyni zamanda ötən gün Suraxanı rayonunun Hövsan qəsəbəsində, dəniz sahilində qəsəbə sakini Salman Qafarovun üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb. Hər bir faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti