Nazirlik rəisi 6 min cərimələdi

Nazirlik rəisi 6 min cərimələdi
  22 Fevral 2016    Oxunub:3215
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar Xətt"inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, şikayəti qurumun əməkdaşları yerində araşdırıb.

Araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6000 manat məbləğində cərimə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti