Moskvada azərbaycanlılardan ibarət silahlı dəstə saxlanılıb

Moskvada azərbaycanlılardan ibarət silahlı dəstə saxlanılıb
  08 İyul 2013    Oxunub:1326
Onlar mağazalara silahlı basqın etməklə soyğunçuluq törətməkdə günahlandırılırlar.
Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının Moskva, Sankt-Peterburq və Nijniy Novqoroddan olan həmkarları ilə keçirdikləri birgə əməliyyat nəticəsində zərgərlik mağazalarında soyğunçuluq törətməkdə günahlandırılan azərbaycanlılardan ibarət dəstənin üzvləri yaxalanıb.

AzVision.az Rusiya DİN-in saytına istinadən xəbər verir ki, dəstənin üzvləri Mərkəz, Şimal-Qərb və Privoljsk federal dairələrinin ərazisində soyğunçuluqla məşğul olurmuşlar. Onların yerləri qabaqcadan təyin olunub. Bildirilir ki, mağazalara hücumlar zamanı onlar odlu silahdan istifadə ediblər.

Dəstə üzvləri tez-tez yaşadıqları ünvanı və telefonlarını dəyişərək gizli həyat tərzi keçirirmiş. Məlumata görə təkcə Sankt-Peterburqda onlar 10-dan çox mağazaya basqın ediblər. Bu faktlarla bağlı cinayət işi qldırılıb.

Moskva Mərkəzi İnzibati Dairəsində aprılan operativ-axtarış tədbirləri çərçivəsində dəstə üzvləri yaxalanıblar. Onların yaşları 25-29 arası olan 4 Azərbaycan vətəndaşı və 26 yaşlı peterburqlu qadın olduğu müəyyənləşib. Cinayətkarların üzərində “Makarov” tapançası və 5 patron tapılıb .

Dəstə üzvlərinin yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı isə üzərində soyduqları mağazaların xüsusi “birkası” olan 1,5 kiloqram qızıl-gümüş əşyası aşkarlanaraq götürülüb.

Analoji cinayət əməlləri üzrə axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti