COP29-un keçiriləcəyi stadionda inşaat işlərinin 99 faizi tamamlanıb

COP29-un keçiriləcəyi stadionda inşaat işlərinin 99 faizi tamamlanıb
  08 Noyabr 2024    Oxunub:577
COP29-un keçiriləcəyi Bakı Stadionunda inşaat işlərinin 99 faizi tamamlanıb.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanalar inşaası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, işlər tam yekunlaşdıqdan sonda məkan BMT-yə təhvil veriləcək: “Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.
AzVision.az



Teqlər:





Xəbər lenti