Rəna Hümbətova beynəlxalq tədbirdə məruzəçi qismində iştirak edib
08 Noyabr 2024
Oxunub:977
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Türkiyənin İstanbul şəhərində keçirilən “Türkiyə Dənizdə Külək Enerjisi Konfransı: Yol Xəritəsi və Növbəti Addımlar” tədbirində məruzəçi qismində iştirak edib.
Rəna Hümbətova tərəfindən tədbirin “Dənizdə külək enerjisi ilə bağlı qlobal fikirlər: Gələcək inkişaf üçün imkanlar və çətinliklərin idarə edilməsi” sessiyasında iştirakçılara Dünya Bankının dəstəyi ilə 2022-ci ildə Azərbaycan üçün aparılmış araşdırmanın nəticələrinə əsasən dənizdə külək enerjisi potensialı haqqında məlumat verilib. Eyni zamanda tədbir iştirakçılar hazırda Dövlət Agentliyi tərəfindən dənizdə külək enerjisinin iqtisadi potensialının qiymətləndirilməsi və seçiləcək potensiallı ərazilərin bərpa olunan enerji zonası kimi elan edilməsi üzrə görülmüş işlər haqqında məlumatlandırılıb. Müvafiq ölçmə və təhlillər yekunlaşdıqdan sonra dənizdə külək enerjisi üzrə ilk hərracın keçirilməsi, həmçinin bu istiqamətdə Dünya Bankı tərəfindən də göstərilən maraq nəzərə çatdırılıb.
Həmçinin ölkəmizdə bərpa olunan enerjinin inkişafına töhfə verən 3 yaşıl enerji dəhlizi (“Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa”) konsepsiyasına əsasən COP29-a sədrlik edən ölkə olaraq Azərbaycan tərəfindən irəli sürülən 3 təşəbbüs (Hidrogen deklarasiyası, Qlobal enerji saxlanc sistemi və şəbəkələr, Yaşıl enerji zonası və dəhlizləri) və həmin təşəbbüsün imzalanması ilə əlaqədar olaraq təşkil olunacaq yüksək səviyyəli görüş, o cümlədən tədbir çərçivəsində hidrogen strategiyasının elan olunması ilə bağlı məlumat verilib. AzVision.az