«Ərəb baharı»nın qışı – TƏHLİL
Tunis və Misirdə baş verən hadisələr isə əvvəllər siyasətdən kənarda qalan islam partiyalarının hazırda siyasətin ana faktoruna çevrilməsinə səbəb olub.
“Ərəb baharı”nın ikinci ilində Misir və Tunisdə yaşanan hadisələr xeyli düşündürücüdür. Belə ki, əvvəllər iqtidarda olan diktatorlara qarşı keçirilən aksiyalar, etirazlar indi islam partiyalarına qarşı çevrilib. Xarici müdaxilələr islam partiyalarını ana xəttdən uzaqlaşdırmağa çalışırlar.
Uzun illərdir ordunun hesabına iqtidarı əldə saxlayan və quruluşdan faydalanan şəxslər, görünür, bu "üstünlüklər"indən əl çəkmək fikrində deyillər. Onlar hər vasitə ilə dəyişikliyi əngəlləməyə çalışırlar. Ən azından kürd siyasətçilərinin hazırda qazandıqları siyasi və iqtisadi güclərindən əl çəkmək istəməmələri aydın görünür.
Yeni dövrdə istədiklərini əldə edə bilməyənlər də artıq bir vaxtlar arxa olduqları Ərəb baharına qarşı çıxırlar. İki il əvvəl iqtidara qarşı mübarizə aparanlar bu gün iki hissəyə ayrılıblar. İslam partiyaları qurduqları hakimiyyəti möhkələtmək üçün ən azından müxalif qüvvələrin güvənini qazanmalıdırlar.
Ərəb krallıqları da bu prosesə qarşı çıxırlar. Çünki islam partiyalarının gücü ələ almaları krallıqlar üçün yeni bir təhlükə mənbəyi ola bilər. İslamçı partiyaların bölgədə əsas gücə çevrilməsi Suriya üçün işi daha da qəlizləşdirəcək. Buna görə islamçıların yolunda əngəl yaratmaq üçün Suriya bütün qüvvələrini səfərbər edəcək.
Yaxın Şərqdə baş verən hadisələrdən yaxşı və ya pis mənada təsirlənəcək olan güclər burada baş verən proseslərə aktiv müdaxilə edərək, bununla vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar. Bölgədə son iki ildə baş verən hadisələrin ona mənfi təsir etdiyini bəyan edən Rusiya Əsədə dəstək verir. ABŞ isə “Ərəb Baharı”nı dəstəkləyir. Yəni iki il əvvəl başlanan “Ərəb Baharı”nın qarşısında daxili maneələrlə yanaşı, qonşu və dünyəvi maneələr də mövcuddur. Bu isə “Ərəb baharı”nı qışa çevirir.
AzVision.az